az | en | ru | tr
Faydalı Məlumatlar

Tualet kağızından istifadə etmədikdə nə baş verir?

Yumşaq və hamar, gigiyenik tualet kağızı, yüksək praktikliyi ilə seçilir. Kağızın həssaslığı istifadədə komfort bəxş edir. Bununla yanaşı, tuvalet kağızlarının 2 qatlı olması sayəsində suya dayanaqlığı yüksəkdir. 

• Bədənin müəyyən hissəsi nəm qalır ki, nəticədə göbələk xəstəliyinin törədicisi olan göbələklər yaranır.
• Göbələklər müxtəlif iltihablar və pis qoxu yaradaraq gün boyu özünüzü rahat hiss etmənizə mane olur.
• Orqanizmə stafilokok, streptokok, e-koli, bağırsaq çöpləri kim mikroblar daxil olur.
• Mikroblar orqanizmdə çoxalaraq dizenteriya ( qanlı ishal), vəba, qarın yatalağı, paratif ( qarın yatalağına oxşar yoluxucu mədə xəstəliyi) kimi bakterial və qorxunc xəstəliklərin təməlini qoyur.
• Bədəninizdə sizi narahat edəcək qaşınma yaranır.

Mikroblardan necə xilas olmaq olar?

Unutmaq olmaz ki, təmizliklə bir çox xəstəliklərin qarşısını almaq mümkündür. Hər şeydən əvvəl nəzərə almalıyıq ki, heç bir məkanda ayaqyolunda olduğu qədər mikrob mövcud deyildir. Buna görə də ayaqyolunda tualet kağızlarından istifadə vərdişlərini artırmaq lazımdır. Tualet vərdişlərinin düzgün şəkildə tətbiq edilməsi və tualet kağızının istifadəsi də şəxsi gigiyenada (təmizlik) mühüm rol oynayaraq, yoluxucu xəstəliklərin yaranmasının qarşısını alır. Əks təqdirdə isə, yəni, tualet kağızı istifadə etmədikdə müxtəlif iltihablı və infeksion xəstəliklər yaranır ki, nəticədə nəinki siz, eyni zamanda əhatənizdə olan insanlar da bu xəstəliklərə yoluxurlar. Tualet kağızı istifadə etmədikdə, əllərdə və dırnaqların arasında müxtəlif mikroblar yığılıb qalır ki, bu da sonradan hər yerə daşınaraq, ətrafımıza bu qorxunc bakteriyalardan ibarət xəstəlikləri yayır. Bundan əlavə, ayaqyolunda yalnız su istifadə etdikdə bədənin müvafiq hissələri nəm qalır ki, bu da sonradan orqanizmdə bir sıra bakterioloji göbələklərin yığılıb qalması ilə müalicəsi çox çətin olan göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Nəticədə qaşınma baş verir, pis qoxu yaranaraq, həm sizin üçün böyük narahatlıq yaradır, həm də ətrafınızdakı insanları sizdən uzaqlaşdırır. Bütün bunların baş verməsinin qarşısını almaq üçün ayaqyolunda aşağıdakı qaydalara riayət etməlisiniz:

• Oturacağınız yeri tualet kağızı ilə yaxşıca təmizləməli, ehtiyac olduğu təqdirdə üzərinə tualet kağızı qoymalısınız.
• Ayaqyolunda əvvəlcə yaxşıca yuyunmalı, sonra isə tualet kağızı ilə qurulanmalısınız.
• Ən sonunda isə əllərinizi sabunla yaxşıca yumağı unutmamalısınız.

 

Mətbəx dəsmalında gözlə görünməyən nələrsə var

Mətbəx və vanna otağı üçün 1 nömrəli köməkçi. Suyu tez bir zamanda hopdurur və bir neçə praktiki xüsusiyyətlərə sahibdir. Hər cür maye ləkələrini yox etməyə qadirdir. İstifadədə çox rahat olan yumşaq dəsmallar - tək yarpağı ləkəni qurutmaq üçün yetər. Kağiz dəsmallar  mətbəxtdə dağılan istənilən mayeni  (su,süd,çay və sairə) özünə asanlıqla çəkər, hətta bundan sonra  öz möhkəmliyini itirməz və  ələ yapışmaz



İzmirin “Dokuz Eylül” universiteti tərəfindən aparılan araşdırmanın nəticələri mətbəx ləvazimatlarını təmizləmək üçün istifadə edilən parça dəsmalların hər gün yuyulsa belə, yüz minlərlə bakteriya mənbəyi olduğunu göstərmişdir.

Universitet tərəfindən aparılan araşdırmada kağız və parça dəsmalların gigiyenik xüsusiyyətləri yoxlanılmışdır. Nəticədə bir dəfəlik istifadə üçün nəzərdə tutulan kağız dəsmalların bakteriya əmələ gətirmədiyi və bununla da onların parça dəsmallardan üstün olduqları elmi cəhətdən sübut edilmişdir.

Uzun müddət işlədilən parça dəsmallarda qalan su nəm şəraitdə yaranan bakteriyalar üçün çox münasib şərait yaradır. Nəticə etibarilə də mətbəx ləvazimatlarını təmizləmək üçün istifadə edilən nəm parça dəsmallar bakteriyaların yaşaması və çoxalması üçün əlverişlidir.

Parça dəsmalın hər gün bir neçə dəfə yuyulması belə bakteriyaların əmələ gəlməsinin qarşısını almır. Belə ki, parça dəsmalların hər gün yuyulmasına baxmayaraq, onlarda gözlə görünməyən bakteriyalar olur. Dəsmalın hər yuyulmasında saysız-hesabsız bakteriyalar əlinizə və ətrafa yayılaraq ailənizin sağlamlığını şübhə altına alır.

Kağız dəsmalların istifadəsi zamanı isə belə bir təhlükə ortaya çıxmır. Eyni araşdırmanın nəticələri kağız dəsmalların bir dəfəlik istifadəyə edildiyinə və təkrar-təkrar yuyulmadığına görə çox gigiyenik olduğunu göstərir. Beləliklə əllərinizi kağız dəsmalla qurulayarkən həm bakteriyaların əmələ gəlməsinin, həm də onların ətrafa yayılmasının qarşısını almış olursunuz.

Mətbəxdə təmizlik yaratmaq üçün daha nələr edilməlidir?

Bakteriyaların yayılmasının qarşısını alın:
• Mətbəxdə qida maddələri ilə çalışarkən mətbəx ləvazimatlarını tez-tez isti və sabunlu su ilə yuyub, kağız dəsmalla qurulayın
• Yemək hazırlamazdan əvvəl əllərinizi yuyun və kağız dəsmalla qurulayın

Yeməklərdə gigiyenaya diqqət yetirin

• Donmuş yağlı qida qalıqlarını soyuducuda, axar soyuq su altında və ya mikrodalğalı sobada təmizləyin
• Artıq qalan yeməkləri ən gec iki saatdan sonra soyuducuya qoyun və ən gec üç və ya dörd günə istifadə edin

Mətbəx ləvazimatlarının təmizliyinə diqqət yetirin

• Yeməkləri hazırlamazdan əvvəl istifadə etdiyiniz ləvazimatları, qabları və s. isti və sabunlu su ilə yuyub, kağız dəsmalla qurulayın
• Kəsmə taxtalarının üzərində bakteriyaların əmələ gəlməsinin qarşısını almaq üçün əti və qida maddələrini ayrı-ayrı taxtalarda doğrayın
• Yemək yedikdən ən gec iki saat sonra çirkli qabları yuyub, qurulayın çünki çirkli qablarda bakteriyalar çox sürətlə əmələ gəlir.

 

Qoxulu və qoxusuz cib dəsmalları - hər vaxt yanınızda ola biləcək gigiyenik vasitədir. Yumşaq və həssas dəsmallar sizə hər yerdə və hər zaman gərəkli olacaq.  Cib dəsmalları 3 qat olmaqla yanaşı, gözəl və cəzbedici dizayna malikdirlər.