az | en | ru | tr
Markanın tarixi

“Bono” brendi 2006-cı ildə artiq Azərbaycanın Təmizlik Kağızıları bazrında rəqabətin gücləndiyi, “Qafqaz Kağız Senaye” MMC-nin yeni avadanlıqlarla təchiz edildiyi dövrdə yarandı. “Bono” brendinin adı müxtəlif arastirmalar əsasında formalaşaraq bazara yüksək imicli brend olaraq təqdim olundu. “Bono” brendinin hədəf kütləsi üst və orta seqmentə xitab edən, keyfiyyətə üstünlük verən insanlar kateqorisidir.

“Bono” brendli lokal brend olmaqla yanaşı, bazarda ağırlıqlı olaraq Azərbaycana xarici ölkələrdən import olunan Global brend-lərlə rəqabət aparır. Məhsul çeşidləri kateqoriləri arasında mətbəx dəsmalı, tuvalet kağızı və cip dəsmalları “Bono” brendi adı altında istehsal olunur. “Bono” brendi “hər yerdə o....” sloganı ilə bazara təqdim edilməklə, insanlar üçün hər yerdə bulunan ve asanlıqla tapilan bir məhsul kimi bazarda mövqeyi müəyyənləşdirilir.